Şahbuzda avtomobil aşdı: 75 yaşlı qadın öldü
Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Şahbuz-Batabat magistralında qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan VAZ-21013 markalı avtomobil qəfil aşıb. Nəticədə nəqliyyat vasitəsində olan Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.