SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Qəza

Xocavənddə buldozer minaya düşdü: iki nəfər xəsarət aldı

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Xocavənddə buldozer minaya düşdü: iki nəfər xəsarət aldı

Xocavənddə buldozer minaya düşüb, iki nəfər xəsarət alıb

Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Xeberhub.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, hadisə 12 avqust 2026-cı ildə işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində qeydə alınıb.

Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasov minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozerlə hərəkətdə olarkən nəqliyyat vasitəsi minaya düşüb.

Partlayış nəticəsində Tovuz rayon sakinləri – 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Xəsarət alanlar xəstəxanadan buraxılıb

TƏBİB-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan iki kişi saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

1989-cu il təvəllüdlü Sənan Fərəcova üz və göz nahiyələrinin müxtəlif hissələrinin açıq yaraları, 2003-cü il təvəllüdlü Fuad Əhmədova isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu qoyulub.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları mina təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb. Qurumlar mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına diqqət yetirməyi, şübhəli əşyalara toxunmamağı, tanımadıqları ərazilərə daxil olmamağı və çəpərləmə işləri aparılan sahələrə müdaxilə etməməyi tövsiyə edib.

A

Oxşar Xəbərlər