Almaniyadan 37 Azərbaycan vətəndaşı geri qəbul edilib
Avqustun 11-də Almaniya Federativ Respublikasından 37 Azərbaycan vətəndaşı Azərbaycana geri qəbul edilib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, geri qəbul prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.