Qırğızıstanda 5,1 maqnitudalı zəlzələ qeydə alınıb
Qırğızıstanda 5,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar Qazaxıstanın Almatı şəhərində də hiss olunub.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib. Təkanların episentri Qırğızıstanın paytaxtı Bişkekdən 127 kilometr cənub-şərqdə qeydə alınıb.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində yaranan təkanlar Almatı şəhərində 2 bal gücündə hiss edilib.