AzTV-nin əməkdaşı dənizdə boğularaq ölüb
Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə boğularaq həyatını itirib.
Xeberhub.com xəbər verir ki, hadisə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 35 yaşlı Məqsəd Məmmədlinin meyiti ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, dənizin nəzarətsiz ərazisində aşkarlanıb.
Məqsəd Məmmədli AzTV-nin İnformasiya Proqramları studiyasında prodüser kimi çalışıb. O, eyni zamanda Vətən müharibəsi iştirakçısı olub.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.