Yevlaxda ağır qəza: iki nəfər ölüb
Yevlax rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfərin öldüyü, daha iki nəfərin isə xəsarət aldığı ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeberhub.com xəbər verir ki, hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Mercedes” və “Naz Lifan” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər hadisə yerində həyatını itirib. Qəza zamanı daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.