SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Praqnoz

Bakıda 36 dərəcə isti olacaq – rayonlara yağış və dolu xəbərdarlığı

👤 📅 👁 14 baxış ⏱ 2 dəq oxuma
Bakıda 36 dərəcə isti olacaq – rayonlara yağış və dolu xəbərdarlığı

Bakıda 36 dərəcə isti olacaq – rayonlara yağış və dolu xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xeberhub.com xəbər verir ki, Axar.az-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən yaydığı məlumata görə, gün ərzində şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz isə 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında isə şimal və qərb rayonlarından başlayaraq bəzi ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı bildirilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə edilə bilər.

Rayonlarda şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17, gündüz isə 20-25 dərəcə isti proqnozlaşdırılır.

A

Oxşar Xəbərlər