Bakının bəzi ərazilərində qazın verilişi müvəqqəti dayandırılacaq
Bakının Binə və Nardaran qəsəbələrinin bəzi küçələrində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xeberhub.com xəbər verir ki, Azəriqaz İstehsalat Birliyinin məlumatına görə, qazın verilişi sabah saat 10:00-dan etibarən işlər başa çatanadək məhdudlaşdırılacaq.
Fasilə Binə qəsəbəsində Ə. İsazadə küçəsini, Nardaran qəsəbəsində isə Abşeron, Ə. Tağıyev və M. İbrahimov küçələrini əhatə edəcək.
Qeyd olunan ərazilərdə yaşayan abonentlərin qaz təchizatında yaranacaq qısamüddətli fasilənin təmir-quraşdırma işləri ilə bağlı olduğu bildirilib.