Bolqarıstan Ukrayna səfirini ölkə hava məkanına daxil olan dronla bağlı çağırıb
Xeberhub.com xəbər verir ki, APA-nın məlumatına görə, Bolqarıstan Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki səfiri Olesya İlaşuku izahat verməsi üçün nazirliyə çağırıb.
Buna səbəb avqustun 8-də səhər saatlarında Ukraynaya məxsus olduğu müəyyən edilən pilotsuz uçuş aparatının Bolqarıstanın hava məkanına daxil olması olub.
Bolqarıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, Rumıniya istiqamətindən ölkə ərazisinə daxil olan və daha sonra partlayan dronun Ukraynaya məxsus “Maya” aparatı olduğu müəyyənləşdirilib.
Pilotsuz uçuş aparatı Kardam bölgəsində, keçmiş sərhəd-keçid məntəqəsindən təxminən 200 metr, Transbalkan qaz kəmərinin kompressor stansiyasından isə 1 kilometr məsafədə partlayıb.
Ukraynanın Bolqarıstandakı səfiri hazırda ölkə xaricində olduğundan onunla görüşün avqustun 10-da keçirilməsi planlaşdırılır.