SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Əfqanıstanda BMT-nin iki əməkdaşı saxlanılıb

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Əfqanıstanda BMT-nin iki əməkdaşı saxlanılıb

Əfqanıstanda BMT-nin iki əməkdaşı saxlanılıb

Əfqanıstanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşları ölkənin qərbində yerləşən Herat vilayətinin inzibati mərkəzində BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) iki əməkdaşını saxlayıb.

Xeberhub.com xəbər verir ki, məlumatı mənbələrə istinadən “Afghanistan International” yayıb.

Məlumata görə, BMT əməkdaşları Heratda qadınların kütləvi şəkildə saxlanılması ilə bağlı hesabat hazırladıqdan sonra tutulublar. Hadisənin avqustun 9-da axşam saatlarında baş verdiyi bildirilir.

Saxlanılan əməkdaşların son günlər Heratda qadınların həbsi ilə bağlı sənəd üzərində işlədikləri və zərərçəkmiş bir neçə qadınla müsahibə apardıqları qeyd olunur.

“Afghanistan International” məsələ ilə bağlı BMT-nin Əfqanıstana Yardım Missiyasına sorğu göndərərək saxlanılma faktına münasibət öyrənməyə çalışıb.

Qeyd edək ki, Heratda qadınlarla bağlı yeni məhdudiyyətlərin tətbiqindən sonra etirazlar baş verib. Əxlaqın Təbliği və Qüsurların Qarşısının Alınması Nazirliyinin yeni qaydalarına əsasən, qadınların kosmetikadan istifadəsinə qadağa qoyulub, həmçinin üz maskası və corab taxılması tələb olunur.

Qaydaları pozan şəxslərin saxlanılacağı bildirilib. Yeni məhdudiyyətlərin elanından sonra sosial şəbəkələrdə etiraz aksiyalarına çağırışlar yayılıb.

Mənbələrin məlumatına görə, Heratda keçirilən etirazlar zamanı 20-dən çox insan yaralanıb, iki nəfər isə həyatını itirib. Polis isə silahdan istifadə edilməsi barədə məlumatları təkzib edib.

Bununla yanaşı, UNAMA yeni qaydaları pozmaqda ittiham olunan ən azı 30 qadının saxlanıldığını təsdiqləyib.

A

Oxşar Xəbərlər