SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Praqnoz

Günəş tutulması Avropanı çətin vəziyyətə sala bilər – Enerji çatışmazlığı riski

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Günəş tutulması Avropanı çətin vəziyyətə sala bilər – Enerji çatışmazlığı riski

Gələn həftəki Günəş tutulması Avropada enerji böhranını dərinləşdirə bilər

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “Financial Times” qəzetinə istinadən yaydığı məlumata görə, gələn həftə baş verəcək Günəş tutulması Avropanın enerji sisteminə əlavə yük yarada və elektrik enerjisi çatışmazlığını daha da artırıb.

Nəşrin materialında Avropanın qarşıdakı vəziyyətə tam hazır olmadığı vurğulanıb.

Avqustun 12-də İspaniyanın şimalı və Portuqaliyanın şimal-şərqində tam Günəş tutulması müşahidə ediləcək. Böyük Britaniya, Fransa və İtaliyanın şimalındakı bəzi ərazilərdə isə Ay Günəş diskinin 90 faizindən çoxunu örtəcək.

İspaniyanın enerji operatoru “Red Eléctrica”nın hesablamalarına əsasən, tutulma zamanı ölkədə günəş enerjisi istehsalı maksimum 5 GVt azala bilər.

Fransanın RTE şirkəti və Avropa Enerji Sistemləri Operatorları Şəbəkəsi (ENTSO-E) isə Günəş tutulmasının pik mərhələsində Avropada elektrik enerjisi istehsalının 9,7 GVt azalacağını proqnozlaşdırır.

Qeyd olunur ki, 2026-cı ilin iyunun sonunda Avropada müşahidə olunan anomal istilər xüsusilə Fransa və İspaniyaya təsir edib. İtaliya, Böyük Britaniya və Almaniyada da yüksək temperatur qeydə alınıb.

A

Oxşar Xəbərlər