Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti tapılıb
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Beyləqan rayonunda kanalda batan 21 yaşlı gəncin meyiti aşkarlanıb.
2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə avqustun 6-da Beyləqan ərazisindən keçən kanallardan birində baş verib.