SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqladı

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqladı - 1
İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqladı - 2
İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqladı - 3
İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqladı - 4
1 / 4

İsrail ordusu HƏMAS-ın Şati batalyonunun komandirini öldürdüyünü açıqlayıb

İsrail ordusu HƏMAS-ın Şati batalyonunun bölük komandiri Məhəmməd Bəssam Məhəmməd Muştahanın Qəzza zolağının şimalına endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.

Xeberhub.com xəbər verir ki, İsrail Müdafiə Ordusunun yaydığı məlumata görə, Muştaha 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumda iştirak edib və müharibə zamanı bir neçə israilli girovun saxlanılmasında rol oynayıb.

İsrail tərəfinin iddiasına əsasən, Muştaha son dövrdə İsrail hərbçilərinə və vətəndaşlarına qarşı yeni hücumların hazırlanmasında iştirak edib.

Məlumata görə, onun ölümü iyulun 30-da Qəzza zolağının şimalına endirilən hava zərbəsi ilə əlaqələndirilir. İsrail ordusu Muştahanın sonrakı dövrdə İsrailə qarşı yeni hücum planlarının hazırlanmasında iştirak etdiyini bildirib. 

A

Oxşar Xəbərlər