SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Qəza

Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlandı

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlandı

Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan şəxsin səhhəti ilə bağlı məlumat verilib.

Xeberhub.com xəbər verir ki, TƏBİB-in məlumatına görə, 1953-cü il təvəllüdlü kişi avqustun 14-də saat 03:30 radələrində partlayış nəticəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına xəstəxanasına yerləşdirilib.

Pasiyentə sağ topuq nahiyəsinin amputasiyası diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib.

Hazırda yaralının müalicəsi davam etdirilir. Həkimlərin qiymətləndirməsinə əsasən, vəziyyəti orta ağırdır.

A

Oxşar Xəbərlər