SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Rusiyadan Ermənistana Azərbaycan üzərindən 560 ton buğda göndərildi

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Rusiyadan Ermənistana Azərbaycan üzərindən 560 ton buğda göndərildi

Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə növbəti buğda yükü göndərilib

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə buğda daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

Xeberhub.com xəbər verir ki, qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.

Məlumata görə, yükün ümumi çəkisi 560 ton təşkil edir. Buğda yüklənmiş vaqonlar Böyük Kəsik istiqamətinə göndərilib.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta daşınıb.

Bununla yanaşı, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” markalı benzin ixrac edilib.

A

Oxşar Xəbərlər