SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa olunur

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa ediləcək

Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının hərəkətinin bərpasına hazırlıq işlərinə başlanılıb.

Xeberhub.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan-Güzdək sahəsində dəmir yolu xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası başa çatdırılıb.

Bununla əlaqədar Xırdalan-Sumqayıt istiqamətində sərnişindaşımanın yenidən təşkil olunması üçün hazırlıq tədbirlərinə başlanılıb.

Hazırda Xırdalan-Sumqayıt sahəsində yol infrastrukturuna baxış keçirilir. Eyni zamanda, yeni reyslərdə istifadəsi nəzərdə tutulan hərəkət tərkiblərinin texniki hazırlığı və təmiri davam etdirilir.

ADY-nin məlumatına görə, nəzərdə tutulan işlər tamamlandıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə qatarların hərəkəti yeni tədris ili başlayana qədər bərpa olunacaq.

Qatarlar əvvəlki qaydada həftənin bütün günləri mövcud dayanacaqlarda dayanmaqla hərəkət edəcək.

A

Oxşar Xəbərlər