Çində torpaq sürüşməsi: Ölən və itkin düşənlər var
Çinin şərqində yerləşən Çjetszyan əyalətində torpaq sürüşməsi baş verib.
Xeberhub.com xəbər verir ki, bu barədə Oxu.Az “Reuters”ə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakət Çanqsinq bölgəsində qeydə alınıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər isə itkin düşüb.
İlkin araşdırmalara əsasən, torpaq sürüşməsinə güclü yağışlardan sonra yaranan qəfil sel səbəb olub.
Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.