İran parlamentindən xəbərdarlıq: ABŞ-a kömək edən ölkələr raketlərin hədəfi olacaq
Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, İran parlamentinin sədr müavini Əli Nikzad ABŞ-ın İrana qarşı mümkün hücumunda Vaşinqtona dəstək verəcək ölkələrin raket zərbələrinin hədəfinə çevrilə biləcəyini bildirib.
Nikzad İranın Hörmüz boğazı üzərindəki suverenliyinin pozulmasının qəbuledilməz olduğunu deyib. O, həmçinin hazırda ABŞ ilə danışıqların aparılmadığını qeyd edib.
İran parlamentinin sədr müavini beynəlxalq qurumlarda İsrail və ABŞ-ın maraqlarına uyğun qəbul edilən qətnamələrin sülhə xidmət etmədiyini, əksinə, müharibə riskini artırdığını vurğulayıb.
“Silahlı Qüvvələr İrana hücum etmək üçün regiondan sui-istifadə edilməsinə icazə verməyəcək”, - deyə Nikzad bildirib.