SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Təbii fəlakət

Qranadada 5 bal gücündə zəlzələ: evlərə və avtomobillərə ziyan dəyib

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
Qranadada 5 bal gücündə zəlzələ: evlərə və avtomobillərə ziyan dəyib

İspaniyanın Qranada şəhərində 5 bal gücündə zəlzələ baş verib

İspaniyanın Qranada şəhəri və ətrafında 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində bəzi evlərə və avtomobillərə maddi ziyan dəyib.

Xeberhub.com xəbər verir ki, bu barədə Axar.az məlumat yayıb.

Zəlzələnin episentri Qranada yaxınlığındakı Alhendin bölgəsində olub. Yerli vaxtla gecə saatlarında baş verən təkanlar şəhər və ətraf ərazilərdə güclü hiss edilib.

Məlumata görə, hadisə nəticəsində binaların bəzi hissələrində zədələnmələr, divarlarda çatlar və eyvanlardan qopmalar qeydə alınıb. Avtomobillərə də ziyan dəyib.

İlkin məlumatlara əsasən, ölən və yaralanan yoxdur. Bununla belə, yerli hakimiyyət orqanları sakinlərə zərurət olmadıqda binalara daxil olmamağı tövsiyə edib.

Sakinlərə həmçinin fasadlardan, eyvanlardan, divarlardan və uçma təhlükəsi yarada biləcək digər tikililərdən uzaq durmaq çağırışı edilib. 

A

Oxşar Xəbərlər