Tacikistanda 5,5 maqnitudalı zəlzələ baş verib
Tacikistanda 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Xeberhub.com xəbər verir ki, bu barədə Qazaxıstan Milli Nüvə Mərkəzinin Geofiziki Tədqiqatlar İnstitutunun Məlumat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar avqustun 14-də Bakı vaxtı ilə saat 07:39-da baş verib.
Zəlzələnin episentri 38,77 dərəcə şimal enliyi və 69,86 dərəcə şərq uzunluğunda yerləşib.
Hazırda zəlzələ nəticəsində ölən və ya xəsarət alanların, həmçinin dağıntıların olması barədə məlumat yoxdur.