SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

Zaur Əliyev “Kürü keçək?!” yarışından danışdı: İştirakçıların sayı artır

👤 📅 👁 10 baxış ⏱ 3 dəq oxuma
Zaur Əliyev “Kürü keçək?!” yarışından danışdı: İştirakçıların sayı artır

Zaur Əliyev: “Kürü keçək?!” yarışına maraq hər il artır

Mingəçevirdə keçirilən “Kürü keçək?! 5” açıq suda üzmə yarışı uğurla başa çatıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu yarışdan sonra jurnalistlərə açıqlamasında Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev deyib.

O bildirib ki, builki yarışda iştirakçıların sayı əvvəlki illərlə müqayisədə təxminən 20-30 faiz artıb.

Zaur Əliyevin sözlərinə görə, “Kürü keçək?!” yalnız Kür çayında üzgüçülük yarışından ibarət deyil. Tədbir həm də sağlam həyat tərzinin təbliğinə və insanların sosiallaşmasına xidmət edir:

“Həmfikir insanlar burada bir araya gəlir, Kür çayını keçir, bir-birləri ilə tanış olur və gözəl istirahət günü keçirirlər”.

Federasiya rəhbəri əsas məqsədlərinin Azərbaycanda üzgüçülüyün kütləviliyini artırmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, üzgüçülük həm sağlam həyat tərzinin mühüm hissəsidir, həm də uzunömürlülük baxımından faydalı idman növüdür.

O qeyd edib ki, bu il yarış əvvəlki illərdən fərqli olaraq 1000 metr məsafə üzrə də keçirilib və həmin məsafədə kifayət qədər çox iştirakçı mübarizə aparıb.

Zaur Əliyev yarışa xarici ölkələrdən də üzgüçülərin qatıldığını və onların arasında medal qazananların olduğunu bildirib. O, gələn il tədbirin daha geniş təbliğ olunacağını və iştirakçı sayının artırılmasının hədəfləndiyini söyləyib.

Qeyd edək ki, “Kürü keçək?! 5” yarışı Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Bu il yarışda rekord sayda – 616 iştirakçı iştirak edib. Ən gənc iştirakçının 12, ən yaşlı iştirakçının isə 79 yaşı olub.

Üzgüçülər kişilər və qadınlar arasında 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 71 yaşdan yuxarı olmaqla yaş kateqoriyaları üzrə mübarizə aparıblar. Hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar.

A

Oxşar Xəbərlər