Politoloq: Çin nüvə arsenalını artırdıqca ABŞ da eyni siyasəti aparmağa məcbur olur
Politoloq Elxan Şahinoğlu ABŞ-ın Çini nüvə arsenalının məhdudlaşdırılması ilə bağlı danışıqlara cəlb etmək cəhdlərinin nəticəsiz qaldığını bildirib. Onun sözlərinə görə, Pekinin nüvə və ballistik raket potensialını artırması Vaşinqtonun Hind-Sakit okean regionunda hərbi strategiyasına ciddi təsir göstərir.