Türkiyəli rektor: Vaşinqton görüşü Cənubi Qafqazda dönüş nöqtəsi oldu
Türkiyənin İğdır Universitetinin rektoru Ekrem Gürel 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan-ABŞ liderlərinin görüşünü Cənubi Qafqaz üçün mühüm dönüş nöqtəsi adlandırıb. O, sülh prosesinin regionda iqtisadi, nəqliyyat və akademik əməkdaşlıq üçün yeni imkanlar yaradacağını bildirib.