Bakının Yasamal rayonunda açıq ərazidə yanğın baş verib
Bakının Yasamal rayonunda açıq sahədə yanğın qeydə alınıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması üçün zəruri və təxirəsalınmaz tədbirlər görülüb. Görülən operativ tədbirlər nəticəsində yanğın daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.