AZAL yeni imic çarxını təqdim etdi
Xeberhub.com xəbər verir ki, AZAL şirkətin dəyərlərini və gələcək inkişaf istiqamətlərini əks etdirən yeni imic çarxını təqdim edib. Yeni video təhlükəsizlik, peşəkarlıq, məsuliyyət və davamlı inkişaf prinsiplərini ön plana çıxarır. Şirkət bildirib ki, layihə milli aviadaşıyıcının müasir inkişaf yolunu və Azərbaycanın dünyaya təqdim etdiyi hava körpüsü missiyasını əks etdirir.