Tunis sahillərində miqrant qayığı batdı: 13 nəfər itkin düşüb
Tunis sahillərində İtaliyaya doğru hərəkət edən miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində ən azı 13 nəfər itkin düşüb, iki sərnişin isə xilas edilib.
Tunis sahillərində İtaliyaya doğru hərəkət edən miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində ən azı 13 nəfər itkin düşüb, iki sərnişin isə xilas edilib.
Bakının “Ağ şəhər” ərazisində 8 avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib. Hadisə zamanı Porsche, BMW, BYD və Range Rover markalı avtomobillər zədələnib.
Ukrayna mediasının məlumatına görə, Ukrayna PUA-larla Rusiyanın Krasnodar bölgəsindəki Yeysk limanına zərbə endirib. Hücum nəticəsində limanda yanğın baş verdiyi və ən azı bir gəmiyə ziyan dəydiyi bildirilir.
Çex Respublikasından Xorvatiyanın Zadar şəhərinə uçan kiçik təyyarə Paklenitsa Milli Parkının dağlıq ərazisində qəzaya uğrayıb. Axtarış-xilasetmə əməkdaşları təyyarənin qalıqlarını və iki nəfərin meyitini aşkarlayıblar.
Rusiyanın bir sıra hava limanlarında dron hücumları səbəbindən uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər nəticəsində “Vnukovo” hava limanından Bakıya uçan AZAL və “Utair” reysləri də təxirə salınıb.
İran XİN sözçüsü İsmayıl Bəqai ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalarını və üçüncü ölkələrə İranla iqtisadi əlaqələri dayandırmaq üçün təzyiq göstərilməsini beynəlxalq hüquqa zidd adlandırıb.