Son Xəbərlər

Hamısına bax →
Süni intellektlə qadınları şantaj edən şəxslər saxlanıldı
Digər

Süni intellektlə qadınları şantaj edən şəxslər saxlanıldı

Qadınların fotolarını süni intellektlə montaj edib pul tələb edən şəxslər saxlanıldı Xeberhub.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoları süni intellekt vasitəsilə dəyişdirərək onları şantaj etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarına qadınlara məxsus fotoşəkillərin süni intellekt proqramları ilə montaj edilərək sosial şəbəkələrdə yayılması və həmin görüntülərin silinməsi qarşılığında pul tələb olunması barədə çoxsaylı müraciətlər daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər "TikTok", "Instagram" və "Telegram" platformalarından qadınlara məxsus fotoşəkilləri götürərək süni intellekt proqramları vasitəsilə dəyişdiriblər. Daha sonra montaj edilmiş görüntülərin üzərinə təhqiramiz mətnlər əlavə edib saxta hesablar vasitəsilə yayıblar. İlkin məlumata əsasən, şübhəlilər həmin görüntülərin silinməsi müqabilində zərərçəkmiş şəxslərdən müxtəlif məbləğlərdə pul tələb ediblər. Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Hər iki şəxs barəsində cinayət məsuliyyəti tədbirləri görülür. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirib ki, süni intellekt texnologiyalarının geniş yayılması fonunda şəxsi foto və videoların qanunsuz şəkildə dəyişdirilməsi riskləri artıb. Nazirlik sosial şəbəkələrdə şəxsi məlumatların paylaşılması zamanı diqqətli olmağı, tanınmayan şəxslərə foto və videolar göndərməməyi, həmçinin şübhəli mesaj və təkliflərə inanmamağı tövsiyə edib.

📅 16.07.2026 👁 9
Bakıda 6 ayda 6 909 cinayət qeydə alınıb
Digər

Bakıda 6 ayda 6 909 cinayət qeydə alınıb

Xeberhub.com xəbər verir ki, 2026-cı ilin ilk altı ayında Bakıda 6 909 cinayət qeydə alınıb və onların 93,2 faizi açılıb. Bu barədə Bakı Şəhər Prokurorluğunun əməliyyat müşavirəsində məlumat verilib.

📅 16.07.2026 👁 12
Çində rezin qayıq partladı: 7 nəfər öldü
Digər

Çində rezin qayıq partladı: 7 nəfər öldü

Xeberhub.com xəbər verir ki, Çinin Lyaonin əyalətində rezin qayığın partlaması nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb. Hadisənin səbəbləri araşdırılır.

📅 16.07.2026 👁 13

Azərbaycan

Hamısına bax →