Yeni Günəşlidə yol nişanlanması ilə bağlı narazılığa AYNA-dan açıqlama
Yeni Günəşlidə yeni yol nişanlanmasının tıxac yaratdığı iddialarına AYNA münasibət bildirib. Qurum İlqar Musayev küçəsində hərəkət sxeminin dəyişdirilmədiyini, yolun eninə uyğun olaraq bəzi hissələrdə 3, digər hissələrdə isə 2 hərəkət zolağının təşkil edildiyini açıqlayıb.