Bakıda genişmiqyaslı iməcilik keçirildi
Bakıda növbəti genişmiqyaslı iməcilik zamanı küçə və prospektlər, parklar, dayanacaqlar və digər ictimai ərazilər təmizlənib. Şəhərin yaşıllıq sahələrində də qulluq və abadlıq işləri aparılıb.
Bakıda növbəti genişmiqyaslı iməcilik zamanı küçə və prospektlər, parklar, dayanacaqlar və digər ictimai ərazilər təmizlənib. Şəhərin yaşıllıq sahələrində də qulluq və abadlıq işləri aparılıb.
Emin Ağalarov “Sea Breeze”də baş verən hadisə ilə bağlı ailəyə başsağlığı verib. O, hadisənin araşdırıldığını, istintaqa dəstək göstərildiyini və təhlükəsizlik tədbirlərinin yenidən yoxlanılaraq gücləndiriləcəyini açıqlayıb.
PSJ İspaniya millisinin və “Barselona”nın hücumçusu Ferran Torresin transferini rəsmən açıqlayıb. İspaniyalı futbolçu Paris klubu ilə 2031-ci ilə qədər müqavilə imzalayıb və 9 nömrəli formanı geyinəcək.
Yaponiyanın Tiba prefekturasında güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 8 nəfər ölüb. Minə yaxın avtomobil tərk edilib, minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.
İndoneziyada 7,7 maqnitudalı güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb, bir neçə nəfərin xəsarət aldığı və insanların dağıntılar altında qaldığı bildirilib. Bölgədə sunami xəbərdarlığı elan olunub.
Bakı metrosunun “28 May-Nizami” sahəsində hərəkətin dayandırılması ilə əlaqədar 6 yeni ekspress avtobus marşrutu təşkil edilib. Bundan başqa, 20 müntəzəm marşruta 100-ə yaxın əlavə avtobus cəlb olunub.