AKİA Şimal bölgəsindəki nümunəvi aqrar təsərrüfatlara media tur təşkil etdi
AKİA Milli Mətbuat Günü münasibətilə Quba, Qusar və Xaçmazda fəaliyyət göstərən təsərrüfatlara media tur təşkil edib. Səfər zamanı dövlət dəstəyi ilə yaradılan meyvə bağları, fındıq plantasiyaları, heyvandarlıq kompleksləri və aqroturizm obyektlərinin fəaliyyəti nümayiş etdirilib.