Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyul tarixlərində Rusiyaya rəsmi səfər edəcək. Səfər çərçivəsində onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü və ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparması gözlənilir.