Dörd rayonda yanğın törədən şəxslər müəyyən edildi
Cəlilabad, Goranboy, Oğuz və İsmayıllı rayonlarında baş verən yanğınlarla bağlı dörd nəfər müəyyən edilib. Hadisələr nəticəsində ümumilikdə 9 hektara yaxın biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Cəlilabad, Goranboy, Oğuz və İsmayıllı rayonlarında baş verən yanğınlarla bağlı dörd nəfər müəyyən edilib. Hadisələr nəticəsində ümumilikdə 9 hektara yaxın biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Zəngəzur dəhlizinin Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru bağlantısının bərpasında və muxtar respublikanın tranzit, logistika və ticarət imkanlarının genişləndirilməsində mühüm rol oynayacağını bildirib.
NORAD-a məxsus F-16 qırıcıları Ohayo ştatının Cenevrə şəhəri üzərində uçuş məhdudiyyətlərini pozan ümumi təyinatlı təyyarənin qarşısını alıb. Hava gəmisi daha sonra qadağan olunmuş ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılıb.
Naxçıvan şəhərində Bakı Bus MMC-yə məxsus yeni elektrik avtobus parkı istifadəyə verilib. Park 112 avtobus üçün nəzərdə tutulub və ilkin mərhələdə 60 BYD elektrik avtobusu sərnişinlərə xidmət göstərəcək. Layihə nəticəsində 222 nəfər işlə təmin olunub.
Avqustun 13-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava və 36 dərəcəyədək isti gözlənilir. Rayonlarda isə yağış, leysan, şimşək və dolu ehtimalı var.
Almaniyada son illər ərzində hərbi obyektlərin hava məkanında yüzlərlə şübhəli PUA qeydə alınıb. Bundesver nümayəndəsi ölkənin eyni zamanda kiberhücum, casusluq və digər hibrid təhdidlərlə qarşılaşdığını bildirib.