Naxçıvanın inkişafına 258 milyon manat ayrılır
Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulur. Vəsait enerji, yol, nəqliyyat, təhsil, yaşayış binaları və istilik sistemlərinin yenilənməsinə yönəldiləcək.