Bakıda və bölgələrdə küləklə bağlı sarı xəbərdarlıq
Avqustun 15-də Bakıda, Abşeronda və bir sıra rayonlarda küləkli hava gözlənilir. Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır və bununla bağlı sarı xəbərdarlıq elan edilib.
Avqustun 15-də Bakıda, Abşeronda və bir sıra rayonlarda küləkli hava gözlənilir. Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır və bununla bağlı sarı xəbərdarlıq elan edilib.
Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının hərəkətinin yeni tədris ili başlayana qədər bərpa edilməsi planlaşdırılır. Hazırda yol infrastrukturuna baxış və qatarların texniki hazırlığı aparılır.
18 yaşlı qolfçu Cessika Benq Tailandda hazırlıq zamanı səhhətinin qəfil pisləşməsindən sonra xəstəxanaya yerləşdirilib. Beyin qansızması keçirən idmançı təxminən iki həftə reanimasiyada qaldıqdan sonra vəfat edib.
Ağdamın Mərzili kəndində açıq ərazidə yanğın baş verib. FHN-in qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının mina təhlükəsi olan ərazilərə də yayıldığı bildirilir.
Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə ilk oyun keçirilib. “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni Enrike Silvanın 35-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub edib.
Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb. 39 735 nəfərdən daxil olan 150 354 müraciət nəticəsində 24 161 nəfər müsabiqədən keçib. Qəbul olunanlar avqustun 25-i saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.